-
Sepah: Düşmənə unuda bilməyəcəyi dərs verəcəyik
Apr 10, 2019 17:38İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ABŞ-ın bu qruma qarşı son hərəkətinə reaksiya olaraq bildirib: Keşikçilər Korpusu qarşılıqlı cavab strategiyasından istifadə edərək, lazım gələrsə, düşmənə unudulmaz, ibrətamiz və peşman edici dərslər verəcək.
-
Ruhani: Sepah regionda terrorizmlə mübarizənin başında durur
Apr 10, 2019 15:44İran İslam Respublikası prezidenti Həsən Ruhani dedi: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah regionda azadlığın müdafiəçisi və terrorizm ilə mübarizənin lideridir.
-
Həmas ABŞ-ın Sepah-a qarşı hərəkətini qınadı
Apr 10, 2019 13:10Fələstinin İslam Müqaviməti Hərəkatı (HƏMAS) ABŞ hökumətinin İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etməsini qınadı.
-
Sabiq diplomat Trampın Sepah-la bağlı qərarının mənfi nəticələrinə dair xəbərdarlıq etdi
Apr 09, 2019 21:35Vendi Şerman İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adının terrorçu qruplar siyahısına daxil edilməsini tənqid edərək, bu qərarın ABŞ ordusu üçün mənfi nəticələrinə dair xəbərdarlıq etdi.
-
İran İslam Şurası Məclisinin üzvləri ABŞ qarşısında Sepah-ın mövqeyinin möhkəmləndirilməsi layihəsini ratifikasiya etdi
Apr 09, 2019 21:35İran İslam Şurası Məclisinin üzvləri İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın ABŞ qarşısındakı mövqeyinin möhkəmləndirilməsinə dair qanun layihəsini araşdırdıqdan sonra, bu layihəni iki oxunuşda qəbul ediblər.
-
Paris Trampın Sepah-la bağlı qərarına reaksiya verdi
Apr 09, 2019 19:22Fransanın Xarici İşlər Nazirliyi ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-la bağlı qərarına reaksiyada Yaxın Şərqdə gərginliyin artmasının önlənilməsini istədi.
-
"AİPAC" Trampın Sepah-a qarşı qərarını sevinclə qarşıladı
Apr 09, 2019 19:21Amerikada sionist lobbi təşkilatı olan AİPAC İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adının ABŞ Dövlət Departamentinin terrorçu qruplar siyahısına daxil edilməsini sevinclə qarşıladı.
-
Tehran universitetlərinin tələbələri ABŞ-ın Sepah-la bağlı qərarına etiraz olaraq piket keçirdilər
Apr 09, 2019 18:59Tehran universitetlərinin bir qrup müəllim və tələbəsi ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu elan etməsinə etiraz olaraq piket keçirib.
-
İnqilab Rəhbəri: ABŞ-ın Sepah-a qarşı rəftarının heç bir nəticəsi olmayacaq
Apr 09, 2019 14:49İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a qarşı düşmənçiliyinin səbəbini, Sepah-ın İslam İnqilabını və İranı müdafiədə öncül olması adlandırıb və deyiblər: ABŞ və nadan düşmənlər 40 ildir ki, İslam Respublikasına qarşı əllərindən gələni edirlər. Amma, heç bir qələt edə bilməyiblər.
-
Ruhani: ABŞ Sepah-ı terrorçu adlandırmaqla məğlubiyyətinin əvəzini çıxmaq istəyir
Apr 09, 2019 13:50İran İslam Respublikası prezidenti İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın regionda terrorçuların kökünü kəsdiyini deyərək, bildirdi: Dünya imperializmi və Amerika İran xalqı qarşısındakı məğlubiyyətlərinin acığını İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu elan etməklə çıxmaq istəyir.