-
Ruhani: İran xalqı Qüds və dünya məzlumlarını heç vaxt tək qoymayacaq
May 29, 2019 12:08İran İslam Respublikası prezidenti İran xalqının heç vaxt Qüdsü və məzlumları tək qoyamayacağını deyərək, əlavə edib: İran xalqı bu il də Qüds günü yürüşündə geniş iştirakı ilə qələbənin əldə olunacağı zamana kimi zalımlar qarşısında dayanacağını elan edəcək.
-
İsrail rejiminin Suriyaya hücumları bu rejimin Fələstinə olan hücumlarının davamıdır
May 28, 2019 10:27Fələstin İslam Müqaviməti Hərəkatı Həmas-ın sözçüsü bazar ertəsi günü axşam sionist rejimin Suriya və Livan ərazilərinə olan raket və PUA hücumlarını bu rejimin Fələstinə olan hücumlarının davamı kimi qiymətləndirdi.
-
Həmas: Sionist rejimin Suriyaya hücumları bu rejimin Fələstinə hücumlarının istiqamətindədir
May 28, 2019 07:00Fələstin İslami Müqavimət Hərəkatı(Həmas) sözçüsü sionist rejimin dünən gecə Suriya və Livana raket və PUA hücumlarının bu rejimin Fələstinə hücumlarının istiqamətində olduğunu bildirib.
-
İsraildə meşə yanğınları: bir sıra qəsəbələr təxliyə olundu
May 24, 2019 06:37İşğal edilmiş Fələstinin mərkəzi hissəsində güclü yanğınlar səbəbindən qəsəbələr və magistral yollar bağlanıb.
-
Hələbdə on fələstinli şəhid olub
May 17, 2019 08:54Cibhətunnusrə terrorçularının Suriyanın Hələb şəhərində yerləşən fələstinli didərginlər düşərgəsinə qarşı raket hücumu nəticəsində on fələstinli şəhid olub.
-
Sionistsayağı insan haqları
May 16, 2019 12:48Sionist rejimin məhkəmə aparatı bir fələstinlinin evini yandıraraq, 18 aylıq südəmər körpəni və onun ata-anasını diri-diri odda yandırmış sionist qatili qəsdən adamöldürmə ittihamından azad edib. Bu cinayətlər dörd il bundan öncə Nablusdan cənubda yerləşən Duma kəndində baş veribdir.
-
Səfalət günü yürüşündə bir qrup fələstinli xəsarət aldı
May 15, 2019 14:24İsrail hərbçilərinin Qəzzənin şərqində fələstinli yürüş iştirakçılarına hücum etməsi nəticəsində bir qrup fələstinli yaralanıb.
-
İİR XİN Fələstinin işğalının ildönümü münasibətilə bəyanat verib
May 14, 2019 08:00İranın Xarici İşlər Nazirliyi dünya ictimaiyyətinin, xüsusən BMT-nin Fələstin torpaqlarının və Qüdsi-Şərifin işğalına son qoymaq sahəsindəki mühüm məsuliyyətlərinə təkid edib.
-
Fələstinə azadlıq aksiyası - London
May 12, 2019 14:59İngiltərənin paytaxtı Londonda Fələstinə azadlıq və fələstinli didərginlər öz vətənlərinə qayıtmaq haqqına malikdirlər şüarı ilə aksiya keçirilib. Aksiya iştirakçıları Britaniya hökumətinin Fələstin xalqının hüquqlarını tanımasını və İsrail rejiminin cinayətlərinin durdurulmasını istəyiblər.
-
Qanunsuz sionist qəsəbələrin salınması haqda BMT TŞ-nin xüsusi iclası keçirilib
May 10, 2019 06:55Küveyt, İndoneziya və Cənubi Afrikanın xahişi ilə fələstinli məntəqələrdə qanunsuz sionist qəsəbələrin salınması haqda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının xüsusi iclası keçirilib.